“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
AR Ümumvətəndaş Pasportunun Rəsmiləşdirilməsi

Ümumi məlumat

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

 

Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasport sahibləri, eləcə də xarici ölkə ərazisində pasportunu itirmiş və ya oğurlanmış Azərbaycan Respublikası vətəndaşları yeni pasport almaq üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.

 

Səfirliyə daxil olmuş müraciətlərə konsulluqda baxıldıqdan sonra, müvafiq sənədlər diplomatik poçt vasitəsilə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərilir. Tələb olunan sənədlər siyahısında qeyd olunan dövlət rüsumu Azərbaycanda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir. Pasport-Qeydiyyat İdarəsində rəsmiləşdirilmiş yeni pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır. Səfirliyin konsulluq şöbəsi yeni pasportda konsulluq qeydiyyatı apardıqdan sonra onu sahibinə təqdim edir. Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir. 

 

Azərbaycan Respublikası ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

1. Etibarlılıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasportun Səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlərin siyahısı:

 

 • ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);

Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır.

Vətəndaş tərəfindən yalnız 1.1., 1.2., 1.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.

 

• ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın şəxsən yazdığı ərizə (ərizənin nümunəsi buradan yüklənilə bilər);

 

 • 2 ədəd fotoşəkil (donuq);

 

•  vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportunun əsli (pasportda konsulluq qeydiyyatı haqqında qeyd olunmalıdır) və surəti; 

 

• hərbi biletin surəti; 

 

• vətəndaşın ölkədə daimi yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən sənədin əsli və surəti;

 

• 18 yaşına çatmamış vətəndaşlar üçün əlavə olaraq valideynlərin razılıq ərizəsi tələb olunur.  

Qeyd : 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunur.

Qeyd:  Valideynlərdən biririnin iştirakı mümkün olmadıqda  “Mobil notariat” tətbiqi vasitəsilə də yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi rəsmiləşdirilə bilər.

 

 

Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun Səfirliyin aşağıda göstərilmiş bank hesabına ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur).
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178

Müvafiq yaşa uyğun olaraq (0-1 yaş 15 AZN) (1-3 yaş 25 AZN) (3-18 yaş 35 AZN) (18 yaşı tamam olmuş 60 AZN) dövlət rüsumu ASAN Xidmət Mərkəzlərinin birində ərizəçinin qohumu/nümayəndəsi tərəfindən ("Daxili İşlər Nazirliyi" FİN nömrəyə istinad etməklə) ödənilməli və ödəniş haqqında qəbzin surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.

 

2. Pasportu itmiş və ya oğurlanmış vətəndaşlara Səfirlik vasitəsilə yeni pasportun rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə tələb olunan sənədlər:

 

• pasportun itirildiyini və ya oğurlandığını təsdiq edən polisin müvafiq arayışı;

 

• itmiş və ya oğurlanmış pasportun surəti;

• Dövlət rüsumunun ASAN Xidmət Mərkəzlərinin birində ərizəçinin qohumu/nümayəndəsi tərəfindən ödənilməli və ödəniş haqqında qəbzin surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.  



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti