“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Səyahət xəbərdarlığı

Nazirlik, Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədindən buraxılış məntəqələrindən qanunvericiliklə müəyyən edilmiş qaydada keçmədən Azərbaycan Respublikasının ərazisinə daxil olmağın Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması olduğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati və başqa məsuliyyətə səbəb olduğu barədə xəbərdarlıq edir.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaqdan çəkinməyə çağırır.

 

Azərbaycan Respublikasının ərazisinə onun qanunvericiliyini pozaraq daxil olmuş və ya daxil olmağa cəhd etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların ölkəyə gəlişinin qadağan olunması və ya məhdudlaşdırılması da  daxil olmaqla, inzibati, cinayət təqibi və başqa hüquqi tədbirlər görülür.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti