“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Konsul idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Tələb olunan sənədlər

  • Surəti və ya çıxarışı təsdiq ediləcək sənədin əsli
  • Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli və surəti
  • Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:

    Unicredit Banca di Roma

    Numero conto: 0000400992178
    IBAN: IT 67 C 02008 05001 000400992178



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti