“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Faktların təsdiq edilməsi

Konsul şəxsin xahişinə əsasən aşağıdakı faktları təsdiq edir:

1. Şəxsin sağ olması faktının təsdiq edilməsi

2. Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi

3. Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi

4. Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi

 

Müvafiq sənədin alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
    14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların yuxarıda qeyd olunan faktlar onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3.  Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi: 
    Unicredit Banca di Roma
    Numero conto: 0000400992178
    IBAN: IT 67 C 02008 05001 000400992178

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti