Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.
- Birdəfəlik giriş vizası – bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi tərəfindən aşağıda qeyd edilən kateqoriyalı vizalar rəsmiləşdirilir. Viza almaq üçün müraciət edən şəxslərə bununla bağlı məlumatları diqqətlə oxumaları və vizaların rəsmiləşdirilməsinin 3 gündən 10 iş gününədək davam etdiyini nəzərə alaraq əvvəlcədən müraciət etmələri tövsiyə olunur.
Kateqoriya və Məqsədləri
Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.
- Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
- Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:
- İşgüzar
- Elm
- Təhsil
- Əmək
- Turizm
- Mədəniyyət
- İdman
- Humanitar
- Müalicə
- Şəxsi səfər
Adi kateqoriyalı viza- (diplomatik və xidməti pasportlar istisna olmaqla bütün növ pasportlara malik şəxslər üçün) – müxtəlif məqsədlə (şəxsi, turizm, işgüzar, təhsil və sair) Azərbaycan Respublikasına səfər etmək niyyətində olan şəxslərə rəsmiləşdirilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6. və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
- birdəfəlik giriş vizası üçün - 35 Avro (Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları üçün)
- çoxdəfəlik giriş vizası üçün - 35 Avro (Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları üçün)
- tranzit vizalarının rəsmiləşdirilməsi üçün - 19 Avro (Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği)
Adi viza:
- Şəxsi, işgüzar və təhsil məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
- pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
- Səfirliyin aşağıda göstərilmiş bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178 - qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti (vəsatətin nümunəsi) (hüquqi şəxslər üçün);
- dəvət məktubları notarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir;
- Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti.
- Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.
- Aşağıda qeyd olunan kateqoriyalardan olan şəxslərdən tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənəd tələb olunmur:
- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında.
- Diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) –müvafiq təsdiqedici sənədlər əsasında.
- Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- viza almaq üçün ərizə-anket (doldurarkən çap hərflərindən istifadə edilməlidir);
- pasport və surəti (pasport - etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4);
- Səfirliyin aşağıda göstərilmiş bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178 - Azərbaycan Respublikasının ərazisində qalacağı müddətdə otel sifarişinin surəti və ya təyyarə, qatar, avtobus biletlərinin surəti, və ya nəqliyyat vasitəsinin sənədi və surəti;
- Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.
- Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər
- ASAN Viza
- Dövlət rüsumunun ödənilməsindən azadolmalar