VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI
Nikahın qeydə alınması
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinin akreditə edildiyi ərazidə yaşayan Azərbaycan Respublikası vətəndaşları nikaha daxil olduqda, nikahın qeydə alınması Səfirliyinin Konsulluq bölməsi tərəfindən həyata keçirilir.
Tələb olunan sənədlər
- Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri (burada yüklənə bilər)
- Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikaha daxil olmağı arzu edən şəxslərin İtaliya Respublikasındakı daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
- Subaylıq haqqında arayış (son 6 ayda alınmış);
- Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin/arvadının ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
- Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı;
- Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
- hemoqlobinopatiyalar:
1.1. böyük beta-talassemiya;
1.2. aralıq beta-talassemiya;
1.3. drepanotalassemiya;
1.4. oraqvari hüceyrəli anemiya;
- İİV/QİÇS;
- sifilis.
İştirak etməli olan şəxslər
- Nikaha daxil olmağı arzu edən şəxslər;
- Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.
Dövlət rüsumu
- 10 ABŞ dolları dövlət dövlət rüsumu