VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI
Ölümün qeydə alınması
Ölüm haqqında məlumat vətəndaşların yaşadıqları əraziyə akreditə edilmiş Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 (on) gündən gec olmayaraq verilməlidir.
Tələb olunan sənədlər
- Ölən şəxsin yaxını tərəfindən ərizə (burada yüklənə bilər)
- Ölən şəxsin yaxınının şəxsiyyətini müəyyən edən sənədin surəti;
- Ölüm faktını təsdiq edən sənədin əsli ;
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin əsli;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi biletin əsli (hərbi xidmətlə bağlı olan sənədlər).
Dövlət rüsumu
- Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.