“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün şəxs aşağıdakı sənədlərlə Səfirliyin konsulluq bölməsinə müraciət etməlidir:

  1. Doldurulmuş Ərizə-anket
  2. 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil
  3. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin adına yazılmış Ərizə;
  4. Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
  5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin (“Ev kitabı”nın müvafiq səhifələrinin, “Forma A” vərəqinin) möhürlə təsdiq edilmiş surətləri;
  6. 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
  7. Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş)
  8. Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi: Unicredit Banca di Roma
    Numero conto: 0000400992178
    IBAN: IT 67 C 02008 05001 000400992178

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında müraciətə baxılma müddəti və nəticələri

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında yuxarıda sadalanan sənədlər Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinə İtaliyada yaşayan şəxslər tərəfindən təqdim edilir, daha sonra ərizə-anket icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran müvafiq şəxslərə Səfirliyin konsulluq bölməsi tərəfindən yazılı məlumat verilir.

Diqqət! 

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Səfirlik məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti