“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Etibarnamələrin Təsdiqi

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə və Notariat haqqında Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında çalışan konsullar notariat hərəkətləri aparmaq, o cümlədən etibarnamələri (Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla) təsdiq etmək hüququna malikdirlər.

Etibarnamələrin  təsdiqi vətəndaşın və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin bilavasitə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin konsulluq bölməsinə müraciəti əsasında və etibarlılıq müddəti bitməmiş şəxsiyyəti təsdiq edən sənədi (ümumvətəndaş pasportunun əsli və şəxsiyyət vəsiqəsinin surəti) təqdim etməklə həyata keçirilə bilər.

Həmçinin aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər
  • Vətəndaşın ölkədə daimi yaşadığını, təhsil aldığını və ya işlədiyini təsdiq edən sənədin əsli və surəti;
  • Aşağıda qeyd olunan bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi.

Unicredit Banca di Roma

Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq etibarnamələr bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində hüquqi qüvvəsini saxlayır.

 

“MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

Tətbiq vasitəsilə aşağıda qeyd olunan etibarnamənin rəsmiləşdirilməsi mümkündür:

  • Müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamə
  • Vəkilə verilən etibarnamə
  • Banklarda təmsilçilik məqsədilə verilən etibarnamə
  • Vərəsəlik işləri ilə bağlı etibarnamə
  • Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə
  • Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi
  • Sosial etibarnamənin elektron qaydada verilməsi 


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti