“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İmzanın həqiqiliyinin təsdiq edilməsi

SƏFİRLİKDƏ İMZANIN HƏQİQİLİYİNİN TƏSDİQ EDİLMƏSİ 

Konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. 

Tələb olunan sənədlər

  • İmza edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər.
  • Səfirliyin aşağıda göstərilmiş bank hesabına 20 ABŞ dolları dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:

    Unicredit Banca di Roma

    Numero conto: 0000400992178
    IBAN: IT 67 C 02008 05001 000400992178

     

    “MOBİL NOTARİAT”

    Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

    Tətbiq vasitəsilə aşağıda qeyd olunan  ərizələrin elektron qaydada təsdiq edilməsi mümkündür:

    • Yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi
    • Yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri
    • Daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələri
    • Yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi
    • Etibarnamələrə xitam verilməsinə dair ərizələr


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti