2024-06-28

Romada Ümumdünya Ərzaq Proqramının İcraiyyə Şurasının İllik Sessiyası keçirilib

24-28 iyun 2024-cü il tarixlərində Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Baş qərargahında Təşkilatın İcraiyyə Şurasının (İŞ) İllik Sessiyası keçirilmişdir.

İcraçı direktor Sindi MkKeyn açılış nitqi edərək, 24 iyun tarixinin “Qadınlar diplomatiyada” günü ilə üst-üstə düşdüyünü qeyd etmiş, bütün xanım diplomatlara göstərdikləri səylərə görə təşəkkürünü bildirmiş və onlarla xatirə fotosu çəkdirmişdir.

Təşkilatın restrukturizasiyası barədə məlumat verən S.MkKeyn rəhbər vəzifələrin sayının aşağı salındığını, əməkdaşlarda stressin idarəedilməsi və dayanıqlığın artırılması məqsədilə onlar üçün xüsusi seminarların təşkil olunduğunu söyləmişdir.

İqlim maliyyələşdirməsinin genişləndirilməsinin zəruriliyini qeyd edən icraçı direktor ÜƏP-nin fəaliyyətində uzunmüddətli tərəfdaşlıqlara və daha çox resurslar əldə etmək məqsədilə özəl sektor donorları ilə əməkdaşlıqlara fokuslandığını bildirmişdir.

İcraçı dirketorun çıxışından sonra siyahılar adından bəyanatlar və milli bəyanatlar dinlənilmişdir.

Çıxışçılar tərəfindən ÜƏP-in gördüyü işlər təqdir edilmiş, hazırki çağırış və problemlər xüsusi qeyd edilmiş, yetərli maliyyə vəsaitlərinin olmaması vurğulanmış, həssas ölkələr (Qəzza, Sahel, Ukrayna, Sudan, Haiti) sadalanmışdır.       

Bununla yanaşı, illik sessiya zamanı Şuranın sessiyalarının çərçivələrini uyğunlaşdırmaq məqsədilə tövsiyə qəbul edilmişdir ki, ilk müntəzəm sessiya strategiya və siyasətə, illik iclas nəzarət və hesabatlılığa, ikinci müntəzəm sessiya isə digər siyasət məsələləri və gələcək illər üçün fəaliyyətlərin proqramlaşdırılması və planlaşdırılmasına yönəldiləcəkdir.

  

 

 

 

 

Arxiv üzrə axtarış