Doğumun Qeydə Alınması
Doğum haqqında Şəhadətnamənin verilməsi
Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. İtaliyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətinə əsasən yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə rəsmiləşdirilə bilər. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir.
İtaliya ərazisində doğulmuş Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı və onlara Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən doğum haqqında şəhadətnamələr aşağıdakı hallarda verilir:
- Uşaq İtaliya Respublikasının ərazisində doğulduqda;
- Uşağın valideynləri Azərbaycan Respublikasının vətəndaşları olduqda;
- Uşağa İtaliyanın səlahiyyətli orqanları tərəfindən doğum haqqında şəhadətnamə verilmədikdə;
- Uşağın doğulduğu gündən etibarən doğumun qeydiyyata alınmasına dair müraciət edildiyi tarixə qədər 1 (bir) aylıq müddət başa çatmadıqda.
Uşağın doğum qeydiyyatını aparmaq və şəhadətnamə vermək üçün valideynlər aşağıdakı sənədləri təqdim edirlər:
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədləri;
- Valideynlərin doğum haqqında şəhadətnamələri;
- Doğum haqqında şəhadətnamənin verilməsinə dair dair valideynlərin birgə ərizəi (ərizdə uşağa vermək istədiyiniz ad, soyad və ata adı dəqiq qeyd olunmalıdır);
- Uşağın doğulduğu İtaliya tibb müəssisəsindən arayış; (Azərbaycan dilinə təsdiq olunmuş tərcümə ilə birlikdə)
- Nikah haqqında şəhadətnamə (o cümlədən müvafiq halda, atalığın müəyyən edilməsi haqqında arayış);
Qeyd: Doğum haqqında şəhadətnamə rəsmiləşdirilərkən heç bir dövlət rüsumu tutulmur.