Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi
Konsul idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Tələb olunan sənədlər
- Surəti və ya çıxarışı təsdiq ediləcək sənədin əsli
- Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli və surəti
-
Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178