Məhkumluq haqqında arayışın verilməsi
Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir. Arayışın alınması iki aya qədər vaxt tələb edə bilər.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
-
Vətəndaşın ərizəsi;
-
Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
-
Səfirliyin aşağıda göstərilmiş bank hesabına 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178
Qeyd 1: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur və ya Səfirliyin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edir.
Qeyd 2: Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.
Qeyd 3. Məhkumluq haqqında elektron arayışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.