VVAQ haqqında təkrar şəhadətnamələrin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Almaniya Federativ Respublikasında daimi/müvəqqəti yaşayan İtaliya Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

Tələb olunan sənədlər

  • Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
  1. Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  2. Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  3. Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  4. Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  • Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə verən şəxsin İtaliya Respublikasında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
  • Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).

İştirak etməli olan şəxslər

  • Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  • Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  • Ölənlər barəsində - onların qanuni varisləri;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər. 
  • 10 ABŞ dolları dövlət rüsumunun Səfirliyin aşağıdakı hesabına ödənilməsi haqqında sənəd.

             Unicredit Banca di Roma

             Numero conto: 0000400992178

             IBAN: IT 67 C 02008 05001 000400992178

  • 3 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir; 

 

B1. Benefisiar (alan bank)

             Dövlət Xəzinədarlıq Agentliyi

             Kod: 210005

             VÖEN: 1602473621

             Müxbir hesab: AZ85NABZ01360100000003003944

             SWIFT BIK: CTREAZ22XXX

B2. Alan müştəri

             Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

             Hesab nömrəsi: AZ17CTRE00000000000002117131

             VÖEN: 1602473621

             Büdcə təsnifat kodu: 142215

             Büdcə səviyyə kodu: 7 

Arxiv üzrə axtarış