AZƏRBAYCAN-SAN MARİNO
Azərbaycan-San Marino ikitərəfli münasibətləri
19 aprel 2002-ci il tarixində Azərbaycan ilə San Marino arasında diplomatik əlaqələr qurulmuşdur.
30 mart 2006-cı il tarixində səfir Emil Kərimov etimadnaməsini San Marino Respublikasının Kapitan Reqentləri Klaudio Muççoli və Antonello Baççokkiyə təqdim etmişdir.
16 fevral 2011-ci il tarixində səfir Vaqif Sadıqov etimadnaməsini San Marino Respublikasının Kapitan Reqentləri Covanni Uqolini və Andrea Tzafferaniyə təqdim etmişdir.
12-14 aprel 2012–ci il tarixlərində San Marinonun turizm, idman və iqtisadi planlaşdırma naziri Fabio Berardi Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikası və San Marino Respublikası arasında Turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişi nazir F.Berardi və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalamışlar.
10-13 iyun 2015-ci il tarixlərində San Marino Respublikasının Kapitan Reqentləri Andrea Belutsi və Roberto Venturini Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfər etmişlər. Səfər zamanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kapitan Reqentləri qəbul etmişdir.
2015-ci ilin 7-9 sentyabr tarixlərində xarici işlər naziri Paskal Valentini Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Nazirlər Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş və Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya və sözügedən Konvensiyanın Protokolunu imzalamışlar. P.Valentini həmçinin iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşdür.
25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov San Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalanmışdır.
9 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının San Marinodakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini San Marino Respublikasının Kapitan Reqentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim etmişdir.
2-3 may 2018-ci il tarixlərində San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində o, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov və xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşlər keçirmişdir.
Azərbaycan Respublikası və San Marino Respublikası arasında imzalanmış sənədlər
- Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 12 aprel 2012.
- Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş. Bakı, 2015-ci il 8 sentyabr
- Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya və sözügedən Konvensiyanın Protokolu. 2015-ci il 8 sentyabr, Bakı
- Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. 2015-ci il 25 sentyabr, Nyu York
- San Marino Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu. 2018-ci il 2 may, Bakı
Azərbaycan – San Marino iqtisadi münasibətlərinə dair
Azərbaycan Respublikası və San Marino Respublikası arasındakı ticarət dövriyyəsi
(min ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Dövriyyə |
2010 |
38,2 |
0,00 |
38,2 |
2011 |
87,4 |
0,00 |
87,4 |
2012
|
1,321,6 |
4,2 |
1,321,6 |
2013
|
184,2 |
0,00 |
184,2 |
2014
|
137,2 |
0,00 |
137,2 |
2015
|
190,7 |
0,00 |
190,7 |
2016 |
172.00 |
0,00 |
172.00 |
2017 |
450.1 |
0,00 |
450.1 |
2018 |
539.73 |
0,00 |
539.73 |
2019 |
464.6 |
0.00 |
464.6 |
2020 |
271.4 |
40.5 |
311.9 |