Azərbaycan Respublikasının Vətəndaşlığının Tanınmasının Əsasları

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər – o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
  • 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər – o şərtlə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarrixli Qanununun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
  • 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar – belə şəxslər tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir;
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
  • Azərbaycan Respublikası vətəndaşının pasportu

Qeyd: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il 973-IVQD nömrəli Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
 
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, üç min manatdan beş min manatadək miqdarda cərimə, və ya üç yüz altmış (360) saatdan dörd yüz səksən (480) saatədək ictimai işlər ilə cəzalandırılması nəzərdə tutulmuşdur.  
  

Yazılı məlumatın verilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməlidir:

  1. Ərizə-Anket
  2. 2 ədəd 3x4 foto şəkil
  3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun  surəti
  4. İtaliya pasportunun surəti


Həmin Qanunun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

  1. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi
  2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi
  3. Azərbaycan Respublikası vətəndaşının dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışı
  4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Qeyd: Yuxarıda qeyd olunan vətəndaşlığın itirilməsi ilə bağlı müddəalar bu Qanun qüvvəyə minənədək (30 may, 2014) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

 

 

 

Arxiv üzrə axtarış