MOBİL NOTARİAT
“MOBİL NOTARİAT”
Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.
Tətbiq vasitəsilə aşağıda qeyd olunan etibarnamənin rəsmiləşdirilməsi mümkündür:
- Müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamə
- Vəkilə verilən etibarnamə
- Banklarda təmsilçilik məqsədilə verilən etibarnamə
- Vərəsəlik işləri ilə bağlı etibarnamə
- Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə
- Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi
- Sosial etibarnamənin elektron qaydada verilməsi
Aşağıda qeyd olunan ərizələrin elektron qaydada təsdiq edilməsi mümkündür:
- Yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi
- Yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri
- Daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələri
- Yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi
- Etibarnamələrə xitam verilməsinə dair ərizələr