AR Ümumvətəndaş Pasportunun Rəsmiləşdirilməsi
Ümumi məlumat
Azərbaycan Respublikası ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178
• 60 manat məbləğində dövlət rüsumunun Bakıda Daxili İşlər Nazirlyinin Pasport, Miqrasiya və Qeydiyyat Baş İdarəsinin kassasına ödənilməsi; həmin məbləğ ödənildikdən sonra, müvafiq qəbz Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə (surəti Səfirliyə göndərilməlidir) təqdim olunmalıdır.
Qeyd: Yuxarıda qeyd olunan dövlət rüsumu “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə də ödənilə bilər.
Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.
- “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatlarına (www.gpp.az) daxil olur.
- “Bütün ödənişlər” → “Büdcə” →”Daxili İşlər Nazirliyi” bölməsinə keçid edir.
- Müraciət edən tərəf müvafiq olaraq FİN nömrəsi və ya ümumvətəndaş pasportunun nömrəsini daxil edir.
- “Ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsinə görə” bəndini əlavə edir.
- Plastik ödəniş kartının məlumatları daxil edilərək, ödəniş yekunlaşdırılır.
- Qəbz çap edilir.
• 75 manat məbləğində dövlət rüsumunun Bakıda Daxili İşlər Nazirlyinin Pasport, Miqrasiya və Qeydiyyat Baş İdarəsinin kassasına ödənilməsi; həmin məbləğ ödənildikdən sonra, müvafiq qəbz Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə (surəti Səfirliyə göndərilməlidir) təqdim olunmalıdır.
Qeyd: Yuxarıda qeyd olunan dövlət rüsumu “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə də ödənilə bilər.
Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.
- “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatlarına (www.gpp.az) daxil olur.
- “Bütün ödənişlər” → “Büdcə” →”Daxili İşlər Nazirliyi” bölməsinə keçid edir.
- Müraciət edən tərəf müvafiq olaraq FİN nömrəsi və ya ümumvətəndaş pasportunun nömrəsini daxil edir.
- “Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə” bəndini əlavə edir.
- Plastik ödəniş kartının məlumatları daxil edilərək, ödəniş yekunlaşdırılır.
- Qəbz çap edilir.