Romada “Turin və Rio yolu ilə Dubaydan Bakıya: iqlim və enerji üçün inklüziv yol xəritələri” başlıqlı yüksək-səviyyəli dialoq keçirilib
17 iyun 2024-cü il tarixində Roma şəhərində “Turin və Rio yolu ilə Dubaydan Bakıya: iqlim və enerji üçün inklüziv yol xəritələri” başlıqlı yüksək-səviyyəli dialoq keçirilmişdir və Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov tədbirdə əsas məruzəçi qismində iştirak etməyə dəvət olunmuşdur.
Dünya Enerji Şurasının İtaliya Milli Komitəsindən, “Globe” İqlim üçün Milli Assosiasiya və “Edison” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi dünyanın bu gün üzləşdiyi ekoloji və enerji problemlərini həll etmək üçün konkret və innovativ həlləri araşdırmaq idi.
Tədbirdə iştirak edən R.Aslanov dünyadakı iqlim çağırışları barədə danışmış, COP29 sədrliyi üçün prioritetlər məsələlər barədə məlumat vermişdir.