2024-07-05

Azərbaycan ilə İtaliyanın Liquriya regionu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

4-5 iyul 2024-cü il tarixlərində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov İtaliya Respublikasının Liquriya regionuna səfər etmişdir. Səfər zamanı Liquriya regionunun prezidentinin Əmək və aktiv məşğulluq siyasəti, nəqliyyat, həmkarlar ittifaqları ilə əlaqələr, turizm, turist yarmarkaları və böyük tədbirlər üzrə müavini Augusto Sartori, Genuya şəhərinin merinin Şəhərsalma, dənizçilik, dövlət mülkiyyəti, iqtisadi inkişaf, əmək və həmkarlar ittifaqı ilə əlaqələr üzrə müavini Mario Maşa ilə görüşmüşdür.

R.Aslanov ilk olaraq İtaliya-Azərbaycan əlaqələri və regionumuzda hadisələr barədə qarşı tərəfə məlumat vermiş, daha sonra Liquriya regionu ilə mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Səfir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı qarşı tərəfə məlumat vermişdir.

İtalyan mətbuatında səfərlə bağlı bir sıra məqalələr dərc olunmuşdur:

Arxiv üzrə axtarış