2024-06-30

Romada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Tavolozze” adlı konsert keçirilib

21 iyun – 04 iyul 2024-cü il tarixlərində “Aссаdеmiа Filаrmоnica Rоmаnа”da “I GIARDINI DELLA FILARMONICA 2024 | HARMONIAE” başlıqlı klassik musiqi, müasir musiqi, caz və etnik musiqi festivalı təşkil olunmuşdur.

Bu çərçivədə 30 iyun 2024-cü il tarixində “Sala Casella”da rusiyalı pianoçu Olqa Domninanın ifasında “Tavolozze” (Palitra) adlı konsert təşkil edilmişdir.

Konsert Azərbaycanın müasir bəstəkarlarının əsərlərindən ibarət hazırlanmışdır və konsertin sonunda pianoçu qısa çıxış etmiş, Azərbaycanın zəngin mədəniyyətindən danışmış, Azərbaycan deyəndə ağla gələn ilk şeyin rənglər və çalarlar, onların dərinliyi və intensivliyi olduğunu söyləmişdir. Rənglərin Azərbaycan bəstəkarlarının musiqilərinə də sirayət etdiyi və onları dinləyəndə insanların Azərbaycanın təbiətinin sirləri, yerli kolorit, milli bayramların fərqliliyi ilə tanış olduğu bildirilmişdir.

Qeyd edək ki, müasir musiqi konserti yerli əhali tərəfindən maraqla qarşılanmışdır.

 
 
 

Arxiv üzrə axtarış