Romada Azərbaycan musiqisindən ibarət konsert olub
İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomoteka zalında Azərbaycan musiqisinin şah əsərlərindən ibarət konsert proqramı keçirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “Bakıdan Romaya: müxtəliflikdə musiqi birliyi” adlı konsert proqramının səfirliyin dəstəyi, Roma Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini deyib. Diplomat konsert proqramının paytaxt sakinlərinin və turistlərin zövqünü oxşayacağına əminliyini bildirib.
Konsert proqramında Əməkdar artist, tarzən Sahib Paşazadə və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Azərbaycan musiqiçilərinin təqdim etdikləri ifalar alqışlarla qarşılanıb.