2024-03-23

İtaliyanın Umbria regionu ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

20-21 mart 2024-cü il tarixlərində səfir Rəşad Aslanov İtaliyanın Umbriya regionuna səfər edib.

20 mart tarixində R.Aslanov Umbriya regionunun 2 əyalətindən biri olan Terni əyalətinin prezidenti, eyni zamanda Terni əyalətinin Amelia şəhərinin meri Laura Pernazza ilə görüş keçirib. Görüşdə İtaliya-Azərbaycan əlaqələri, regionumuzda hadisələr və Terni əyaləti ilə mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Terni əyalətinin San Cemini bələdiyyəsinin sədri Luçano Klementella və “Più Umbria” təşkilatının rəhbəri Antonio Takkoni ilə görüş təşkil olunub, mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni gündə R.Aslanov Əcnəbilər üçün Peruca Universitetinin rektoru Prof.Valerio De Çesaris ilə görüş keçirib. Rektor ilə qarşılıqlı maraq kəsb edən bir sıra fikirlər bölüşülüb.

21 mart tarixində R.Aslanov Peruca şəhərinin meri Andrea Romitsi, Umbriya regionunun prezidenti Donatella Tezei ilə görüşüb və regionumuzdakı son hadisələr barədə qarşı tərəfə ətraflı məlumat verib. Görüş zamanı Umbriya regionu ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə edilib.

Günün sonunda R.Aslanov Umbriya iş adamları ilə görüşüb. Azərbaycanla Umbriya arasında iqtisadi əlaqələrin inkişafı və mümkün əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.

 

Arxiv üzrə axtarış