2024-03-18

Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Milan şəhərində səyyar konsulluq xidməti həyata keçirilib

16 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi tərəfindən Milan şəhəri və ətraf bölgələrdə yaşayan vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib.                                                 

Səyyar qəbul zamanı həmvətənlərimiz konsulluq qeydiyyatına alınıb, notariat əməliyyatlarla bağlı xidmətlər göstərilib, habelə vətəndaşlarımızı konsulluq sahəsi üzrə maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səyyar Konsulluq Xidməti çərçivəsində, həmçinin fiziki cəhətdən məhdud imkanı olan və Milandan Romaya gələ bilməyən vətəndaşlara da yerində konsulluq xidmətləri göstərilib. Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı həmin vətəndaşları ziyarət edərək onlar tərəfindən müraciət olunmuş məsələlər ilə əlaqədar mümkün olan konsulluq əməliyyatlarını həyata keçirib.   

Arxiv üzrə axtarış