2024-02-08

İtaliyada Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar səsvermə keçirilib

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsinin 39 saylı məntəqəsi yaradılıb.

İtaliya, Malta və San-Marinoda daimi və ya müvəqqəti yaşayan, o cümlədən bu ölkələrdə uzunmüddətli xarici ezamiyyətlərdə olan və 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız seçici hüququndan istifadə etməklə səsvermədə fəallıq nümayiş etdirdilər.

Seçicilər iradələrini azad formada ifadə etməklə sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etdiklərini bildirdilər.

Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilib.

İtaliya vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.

 

Arxiv üzrə axtarış