İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
ÇOX TƏCİLİ!
İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanına (rome@mission.mfa.gov.az) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:
1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).
Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır.