AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir.
İtaliyada daimi və müvəqqəti əsasda yaşayan və konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində səs verə bilərlər.
Səsvermə Səfirliyin binasında 2018-ci il aprelin 11-də saat 8:00-dən 19:00-dək keçiriləcəkdir.
Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özü ilə gətirməsi zəruridir.
Ünvan: Viale Regina Margherita 1, 00198 Roma
Tel.: +39 (06) 85305557
Fax: +39 (06) 85831448
E-mail: rome@mission.mfa.gov.az