2018-04-04

AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə  təyin edilmişdir.

İtaliyada daimi və müvəqqəti əsasda yaşayan və konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşları  Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində səs verə bilərlər.

Səsvermə Səfirliyin binasında 2018-ci il aprelin 11-də saat 8:00-dən 19:00-dək keçiriləcəkdir.

Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özü ilə gətirməsi zəruridir.

Ünvan: Viale Regina Margherita 1, 00198 Roma

Tel.: +39 (06) 85305557

Fax: +39 (06) 85831448

E-mail: rome@mission.mfa.gov.az

Arxiv üzrə axtarış