Səfir Məmməd Əhmədzadənin GLOBUS TELEVISION – SICILIA televiziya kanalının “Üz-üzə” verilişinə müsahibə vermişdir
Kataniya şəhərində səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə yerli “Globus Television” televiziya kanalının “Üz-üzə” verilişinin qonağı olmuşdur. Jurnalist Antonella Qulyelminonun aparıcılıq etdiyi verilişdə M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin reallıqları, Azərbaycanın inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, habelə Azərbaycan-İtaliya əməkdaşlığı və Siciliya regionu ilə iqtisadi-mədəni əlaqələrin inkişafı imkanları mövzularında sualları cavablandırmışdır.
Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz: