2017-02-03

Gənclər Günü münasibətilə Səfirlikdə görüş keçirilmişdir

2 fevral Azərbaycanda Gənclər Günü münasibətilə Səfirlikdə İtaliyada təhsil alan bir qrup azərbaycanlı gənclərlə görüş keçirilmişdir.

Görüşdə çıxış edən səfir Məmməd Əhmədzadə Azərbaycanda dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti,  ümummilli lider Heydər Əliyev və hazırda Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışmış, Azərbaycan-İtaliya münasibətlərinin inkişafında, ölkəmizin tarixinin, mədəniyyətinin, uğurlarının İtaliyada təbliğində İtaliyada təhsil alan tələbələrin də rolunu qeyd etmişdir.

Tədbirdə İtaliyada Azərbaycanın təbliği istiqamətdə tədbirlərin təşkilində göstərdiyi fəallığa görə bir sıra gənclərə təşəkkürnamə təqdim olunmuşdur.

Arxiv üzrə axtarış