2016-10-18

Müstəqil Azərbaycan - 25 il


Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. İyirmi beş il əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Beləliklə həmin gün müasir Azərbaycanın tarixinə Dövlət Müstəqilliyi Günü kimi yazıldı.

Arxiv üzrə axtarış