2016-06-16

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası İtaliya KİV-ində geniş işıqlandırılmışdır

 

Cari il 13 iyun tarixində Roma şəhərində keçirilmiş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası və Biznes Forum İtaliya mətbuatında geniş işıqlandırılmışdır.

Belə ki, İtaliyanın Dövlət xəbər agentliyi “ANSA” (http://www.ansa.it/nuova_europa/it/notizie/rubriche/politica/2016/06/13/italia-azerbaigianrelazioni-crescononon-soltanto-oilgas_39ed7fb3-d3a6-408a-9736-eb24c54cc47d.html, http://www.ansamed.info/ansamed/it/notizie/rubriche/economia/2016/06/13/tap-gentiloni-dopo-salonicco-sfida-e-gas-azero-entro-2020_94c0ef36-6180-413f-9dad-7f68423bd831.html),

“Agenzia Nova” (http://www.agenzianova.com/a/575ea9dced2929.00472988/1368154/2016-06-13/speciale-energia-ministro-azero-aliyev-da-italia-forte-sostegno-al-progetto-tap, http://www.agenzianova.com/a/0/1368168/2016-06-13/speciale-energia-della-vedova-diversificazione-economia-azera-offre-opportunita-e-spazi-ad-aziende-italiane), 

“Il Velino” (http://www.ilvelino.it/it/article/2016/06/13/nagorno-karabakh-gentiloni-non-risparmieremo-energie-per-soluzione-pac/242fa16b-42bd-4abd-9b8a-f9bf2a54d528/, http://www.ilvelino.it/it/article/2016/06/13/energia-de-vincenti-tap-progetto-da-realizzare-nel-pieno-rispetto-ambi/34071fcd-66ee-47ca-8afb-64300f6dc195/, http://www.ilvelino.it/it/article/2016/06/13/azerbaigian-della-vedova-ce-spazio-nel-paese-per-le-imprese-italiane/5c0b4f78-9fdf-4f60-b4c6-96150d2a0938/

“Aska News” (http://www.askanews.it/nuova-europa/tap-gentiloni-obiettivo-e-avere-gas-azero-in-italia-entro-2020_711833808.htm, http://www.askanews.it/nuova-europa/baku-vogliamo-pace-in-nagorno-karabakh-ma-difenderemo-territorio_711833856.htm) kimi xəbər agentlikləri, 

analitik-informasiya portalı “Notizie Geopolitiche” (http://www.notiziegeopolitiche.net/?p=63722, http://www.notiziegeopolitiche.net/?p=63710), habelə digər KİV-lər tədbirlə bağlı ətraflı məlumatlar dərc etmişlər.

İtaliya KİV-i tədbirdəki çıxışlara, xüsusən də İtaliya xarici işlər naziri Paulo Centiloninin, Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər nazirinin müavini Benedetto della Vedovanın nitqlərinə istinad edərək, yaxın aylarda İtaliya xarici işlər nazirinin Azərbaycana səfər edəcəyi, iki ölkə arasında bütün sahələrdə sıx əlaqələrin və təbii tərəfdaşlığın mövcudluğu, Azərbaycanın Avropa ilə Asiya arasında körpü kimi mühüm geosiyasi coğrafi mövqe tutması, TAP layihəsinin ölkələr arasındakı münasibətlərə yeni dinamika gətirəcəyi kimi məlumatlar yaymışdır. Məlumatlarda, habelə İtaliya tərəfinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə münasibətdə mövqeyi, eləcə də İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in hazırkı sədri olan Almaniyanın münaqişənin həlli istiqamətində səylərini dəstəklədiyini və 2018-ci il üzrə ATƏT-in sədri seçkilərində uğur qazanacağı halda İtaliyanın da bu istiqamətdə öz səylərini əsirgəməyəcəyi bildirilmişdir. Məlumatlarda, habelə Hökumətlərarası Komissiyanın həmsədri, AR energetika naziri Natiq Əliyevin də fikirlərinə yer verilmişdir.

 

Arxiv üzrə axtarış