2016-03-03

Səfir Məmməd Əhmədzadə İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidi ilə görüşmüşdür

 

 

2 mart 2016-cı il tarixində səfir Məmməd Əhmədzadə İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidi ilə görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri müzakirə edilmişdir. Nazir F.Quidi ötən ilin aprel ayında Azərbaycana etdiyi səfəri ilə bağlı xoş təəssüratlarını bölüşmüş və əlaqələrin inkişaf etdirilməsində rəsmi səfərlərin əhəmiyyətini vurğulamışdır. Görüşdə iqtisadi sahədə qurulan əməkdaşlığın hazırkı səviyyəsi ilə bağlı məmnunluq ifadə olunmuş və əlaqələrin daha da genişləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış