2024-07-03

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İtaliyaya işgüzar səfərinə gəlib

1-3 iyul 2024-cü il tarixlərində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Milanda keçirilmiş “Qlobal Enerji Keçidi Konqresi və Sərgisi (GET 2024)” çərçivəsində İtaliyada işgüzar səfərdə olmuşdur.

P.Şahbazov tədbirdə çıxışçı qismində iştirak etmiş və ölkəmizin mövzu üzrə mövqeyi, yaşıl enerjiyə keçid istiqamətində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırmış, COP29-un enerji keçidi və digər məsələlərin müzakirəsi üçün ən önəminli platforma olduğunu vurğulamışdır.

P.Şahbazov səfəri çərçivəsində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin, Pakistanın energetika naziri Musadik Malik, “Saipem”in baş icraçı direktoru Alessandro Puliti, “Zero Avropa”nın baş icraçı direktoru Alessandra Pasini və baş direktoru Marko Alvera, CESI-nin baş direktoru Nicola Melkiotti ilə ikitərəfli görüşlər keçirmişdir.

Sözügedən konfrans enerji keçidi sahəsində regionda keçirilən ən önəmli qlobal forumlardan biri hesab edilir və tədbirə bir sıra ölkələrin enerji nazirləri ilə yanaşı, sabiq dövlət və hökumət başçıları da qatılmışdır.

Arxiv üzrə axtarış