2024-02-19

İtaliyanın Siciliya regionu ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov 15-16 fevral 2024-cü il tarixlərində İtaliyanın ən böyük regionu olan Siciliya regionuna səfər edib.

 Səfər çərçivəsində Siciliya regionunun prezidenti Renato Skifani ilə görüş keçirilib, Azərbaycanın xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti və regionumuzdakı vəziyyət barədə geniş məlumat verilib.

 R.Skifani Siciliyada biznes üçün münbit şərait yaradıldığını və regionu Avropanın enerji mərkəzinə çevirmək istəyinin olduğunu qeyd edərək, Azərbaycanla əlaqələri inkişaf etdirməkdə, habelə həm Azərbaycanın Siciliyaya, həm də Siciliyanın Azərbaycana investisiya qoyması istiqamətində əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıb.

 Daha sonra R.Aslanov Siciliyanın iş adamları ilə görüşərək Azərbaycanın iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, Ələt azad iqtisadi zonası, investisiya sahəsində imkanlar haqqında təqdimatla çıxış edib və şirkətlərin rəhbərlərinin suallarını cavablandırıb.

 R.Aslanov Palermo şəhərinin meri Roberto Laqalla, Kataniya əyalətinin prefettosu Mariya Karmela Librizzi, Kataniya şəhərinin meri Enriko Trantino, Siciliya regionunun vitse-prezidenti, Luka Sammartino ilə görüşərək əməkdaşlıq imkanları barədə müzakirələr aparıb. 

 Kataniya Universitetində Universitetin hüquq, siyasi elmlər və tibb fakültələrinin dekanlarının iştirakı ilə Universitet rəhbərliyi ilə görüş təşkil edilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Siyasi elmlər fakültəsinin dekanı professor Pinella Di Qreqorio “Şərqin qara qızılı” kitabını yazdığını və orada Azərbaycan haqqında da bəhs etdiyini bildirib.

 Səfərin sonunda R.Aslanov Kataniyada Ticarət Palatasının nümayəndələri ilə görüşüb, regionumuzdakı hadisələr barədə məlumat verib, Azərbaycanla Siciliya arasında mümkün ticarət əlaqələri barədə fikir mübadiləsi aparıb.

 Səfər barədə Siciliya regionunun və İtaliyanın mərkəzi KİV-də çoxsaylı məqalələr yayılıb:

 

 

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış