2024-02-12

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hörmətli cənab Prezident.

Ali dövləti vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alinizə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının adından və şəxsən öz adımdan təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə cansağlığı və ali dövləti vəzifənizin icrasında uğurlar arzulayıram.

Ümumi məqsədlərimizə çatmaq yolunda Azərbaycan Respublikasının xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaq istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Qu Donqyu

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru

Arxiv üzrə axtarış