Qarabağda tikilən İşğal və Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə nümayiş olunur
Qarabağda inşa olunan İşğal və Zəfər muzeyləri komplekslərinin layihələri İtaliyada keçirilən sərgidə nümayiş etdirilir.
İşğal və Zəfər muzeyləri kompleksləri “Art Cloud Network” (ACN) şirkəti tərəfindən layihələndirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Fiera di Roma” sərgi mərkəzində ACN şirkətinin stendi ilə tanış olublar.
Stenddə sərgi iştirakçılarına işğaldan azad olunmuş ərazilərimizdə tikilən İşğal və Zəfər muzeyləri komplekslərinin layihələri, videoçarxlar, fotolar, elektron sərgi və 3D elektron tur nümayiş etdirilir. Həmçinin Ağdamda tikilən İşğal və Zəfər muzeyləri kompleksinin maketi də təqdim olunur.
Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarında Zəfər və İşğal muzeyləri yaradılır.