2021-05-19

Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova İtaliyada səfərdə olmuşdur

Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin 17-19 may 2021-ci il tarixlərində İtaliyaya rəsmi səfəri həyata keçirilmişdir. Mayın 17-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Romanın “Çampino” hava limanında İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli qarşılamışdır.

Səfərin əvvəlində nümayəndə heyəti Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Səfər çərçivəsində Milli Məclisinin Sədri Sahibə Qafarovanın "Gustiniani" sarayında İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellati və "Montecitorio" sarayında İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşləri keçirilmişdir.

Habelə, Azərabycan parlament nümayəndə heyətinin İtaliya Respublikası Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun iştirakı ilə İtaliya parlamentində İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə birgə görüşü də keçirilmişdir.

Səfər çərçivəsində Milli Məclisinin Sədri Sahibə Qafarova İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio, İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə də görüşmüşdür.

Səfər Azərbaycan-İtaliya stratejit tərəfdaşlığının, iki ölkə arasında parlamentlərarsı əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional məsələlər ilə bağlı müzakirələrin aparılması ilə yadda qalmıışdır.

Səfərlə bağlı daha geniş məlumatları aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

https://meclis.gov.az/news.php?id=3276&lang=az

https://meclis.gov.az/news.php?id=3280&lang=az

https://meclis.gov.az/news.php?id=3281&lang=az

https://meclis.gov.az/news.php?id=3287&lang=az

https://meclis.gov.az/news.php?id=3288&lang=az

https://meclis.gov.az/news.php?id=3286&lang=az

https://meclis.gov.az/news.php?id=3282&lang=az

 

Arxiv üzrə axtarış