2020-10-01

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığına dair məlumatı

Bu ilin 1 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri barədə qarşı tərəfə məlumat verdi. Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu İtaliya Xarici İşlər nazirinin diqqətinə çatdırıldı. Bölgədə gərginliyin əsasında Ermənistanın davam edən təcavüz siyasətinin olduğu vurğulandı. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruri olduğu qeyd olundu.

Mənbə

Arxiv üzrə axtarış