2017-01-13

“ASAN Viza” portalı tam istifadəyə verilib

Yanvarın 10-dan etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az ) test rejimindən çıxaraq tam istifadəyə verilib.

2016-cı il dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Arxiv üzrə axtarış