2016-12-15

İlham Əliyev İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbərini qəbul edib

http://www.president.az/articles/22078

Prezident İlham Əliyev İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda metallurgiya sənayesinin inkişafına göstərdiyi böyük diqqəti məmnunluqla xatırladı. O, Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Qonaq bildirdi ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirdi ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyəti bankları tərəfindən maliyyəşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlətimizin başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini dedi.

Arxiv üzrə axtarış