news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2025

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub

09 may 2025-ci il tarixində Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.

Sərginin rəsmi açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və İtaliya Respublikasının Prezidentinin qızı Laura Mattarella iştirak ediblər.

Layihənin debütu 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində olmuşdur, daha sonra beynəlxalq incəsənət layihəsinin səyyar sərgi kimi fərqli ölkələrdə nümayişinə başlanılıb.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlamışdır. Bəhreyndən sonra Avropada ilk dəfə Romada təqdim edilən layihə 28 ölkədən 55 müasir rəssamların əsərlərini özündə ehtiva edir.

Açılış mərasimində İtaliyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən FAO-nun Baş direktoru Qu Donqyu, İtaliyanın Respublikasının Prezident sarayının, müxtəlif nazirliklərinin, Roma bələdiyyəsinin, özəl sektorun nümayəndələri, İtaliyada yaşayan həmyerlilərimiz iştirak ediblər.  

Sərginin ilkin açılışı (soft opening) 29 aprel tarixində baş tutub və sərgi muzeyi ziyarət edən hər bir kəs üçün 14 may 2025-ci il tarixinədək açıq olacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti