news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 aprel 2025

Səfir Rəşad Aslanov San Marino Respublikasının yeni Kapitan Regentlərinin andiçmə mərasimində iştirak edib

01 aprel 2025-ci il tarixində səfir Rəşad Aslanov San Marino Respublikasının yeni Kapitan Regentlərinin andiçmə mərasimində iştirak edib. O, dövlətimizin Başçısı adından yeni Kapitan Regentlər Denise Bronzetti və Italo Riqini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Səfər çərçivəsində səfir R.Aslanov San Marino Respublikasının İqtisadi Planlaşdırma, A.A.S.S. ilə Əlaqələr, Ekoloji Keçid və Texnoloji İnnovasiyalar üzrə Dövlət katibi (naziri) Alessandro Bevitori, Xarici İşlər, Beynəlxalq İqtisadi Əməkdaşlıq və Telekommunikasiya Nazirliyinin İqtisadi məsələlər idarəsinin rəisi səfir Dario Galassi, Siyasi və diplomatik məsələlər idarəsinin rəis müavini İlaria Salicioni ilə də görüşüb.

Görüşlər zamanı San Marino ilə ikitərəfli əlaqələrin, xüsusilə ticarət, enerji, turizm, təhsil, parlamentlararası əlaqələr istiqamətləri üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin mövcud olduğu vurğulanıb, qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti