“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2023

Zəfər bayramı – milli qürur və milli ləyaqət bayramıdır

8 Noyabr – Zəfər Günü Azərbaycan Respublikasının İtaliya Respublikasında və Müqəddəs Taxt-Tacdakı Səfirliyi tərəfindən ölkəmizin Romadakı Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd edilib.

Zəfər Günü tədbirində İtaliyada yaşayan azərbaycanlılar, tələbələr, zabitlər, türk dövlətlərinin səfirləri və diplomatları, habelə Səfirliklərimizin əməkdaşları iştirak ediblər.

Zəfər tədbiri ilk öncə Dövlət Himnimizin dinlənməsi ilə başlayıb. Daha sonra səfir Rəşad Aslanov çıxış edərək 8 Noyabr – Zəfər Gününün bizim milli qürur bayramı, xalqımızın qüdrətinin təntənəsi olduğunu deyib. O, qeyd edib ki, bu Zəfər bayramı, rəşadət bayramı, tarixi ədalətin bərpasınının bayramı, milli qürur və ləyaqət bayramıdır

Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində apardığı Vətən müharibəsində qalib gələrək, daha sonra bu ilin sentyabr ayında həyata keçirtdiyi lokal anti-terror əməliyyatından sonra, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi.

Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anıldı.

Daha sonra, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddan görüntülər nümayiş etdirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı dinlənilib.

Tədbir milli mətbəximizin təamlarından ibarət ziyafət ilə davam etdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti