“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 oktyabr 2016

V Bakı Beynəlxalq Humanitar Forumunda İtaliya nümayəndə heyəti iştirak etmişdir

Cari il 29-30 sentyabr tarixlərində Bakıda V Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi daşıyan Foruma İtaliya 40 nəfərdən ibarət geniş tərkibli nümayəndə heyəti ilə iştirak etmişdir. Nümayəndə heyəti tərkibinə İtaliya parlamentinin üzvləri, akademik və təhsil sahəsini təmsil edən nüfuzlu şəxslər və ölkənin aparıcı media qurumlarının tanınmış jurnalistləri daxil olmuşdur.

Forumun təşkili, seçilmiş mövzuların aktuallığı, panellər çərçivəsində edilmiş çıxışlar və aparılmış müzakirələrin səmərəliyi, habelə ikitərəfli görüşlərin səviyyəsi İtaliya nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İtaliyadan olan qonaqlar Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda aidiyyəti mövzular üzrə nitqlər söyləmişlər.

Forumla yanaşı, bəzi ikitərəfli görüşlər də keçirilmişdir. Belə ki, İtaliya Parlamentinin üzvləri Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişlər.

 

Bundan əlavə, Forum çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın AdnKronos International SRL (AKI) xəbər agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanmışdır. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti