“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2023

Romada Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2023-cü il tarixində Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin birgə təşkilatçılığı ilə Romadakı Azərbaycanın Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov müasir Azərbaycan tarixində Heydər Əliyevin xüsusi rolu haqqında danışmış, Ümummilli Liderin müəllifi olduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyasının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verdiyini bildirmişdir. O, torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ümummilli Liderin başladığı işin Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tarixi zəfərlə başa çatdırıldığını və Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti