“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2024

Romada “24 Ore” biznes məktəbinin tələbələri ilə görüş keçirilib

2 mart 2024-cü il tarixində AR-in İtaliyadakı Səfirliyinin Mədəniyyət Mərkəzində İtaliyanın “24 Ore” biznes məktəbinin magistratura tələbələri ilə görüş keçirilib.

Görüş zamanı AR-in İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov tələbələrə ölkəmizin tarixi, regionda rolu, post-münaqişə dövrü və xarici siyasət prioritetləri, həmçinin həyata keçirilən aktual regional enerji və nəqliyyat layihələri barədə təqdimatla çıxış edib.

Eyni zamanda, Azərbaycan-İtaliya münasibətləri, İtaliya-Azərbaycan Universiteti, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına hazırlıq prosesi barədə də məlumat verilib.

Tələbələrə Azərbaycanda təhsil imkanları, o cümlədən ADA Universiteti tərəfindən xarici tələbələr üçün təklif olunan “Əlimərdan bəy Topçubaşov təqaüd Proqramı” haqqında geniş məlumat təqdim olunub.

Təqdimat sual-cavabla davam etdirilib, tələbələr ölkəmizin cari geosiyasi proseslərdəki mövqeyi, iştirak etdiyi enerji layihələri, habelə bərpa olunan enerji mənbələrinin istifadəsi, COP29 konfransı ilə bağlı onları maraqlandıran sualları ünvanlayıb.

Sonda isə “24 Ore” biznes məktəbinin tələbələri Azərbaycanın Mədəniyyət Mərkəzi ilə tanış olub və onlara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi haqqında kitablar təqdim edilib.

Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən “24 Ore” biznes məktəbi gənc məzunlar, peşəkarlar və sahibkarlar üçün kurslar təqdim edən ilk İtalyan təlim məktəbidir.

Biznes məktəbin fəaliyyəti dinamik sahələrdə karyera imkanları axtaran gənc məzunların iş dünyasına daxil olmalarını sürətləndirməyə və karyeralarında dəyişiklik etmək, təkmilləşdirmək istəyən peşəkarlara təlim keçməyə yönəlib

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti