Prezident Ilham Əliyev xanım Marqerita Kostanı “Dostluq” ordeni ilə təltif edib
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə İtaliya Respbulikasının Azərbaycan Respublikasında sabiq Səfiri, Genuya şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulu xanım Marqerita Kostanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd etmək lazımdır ki, 17 avqust 2020-ci il tarixində xanım Marqerita Kostanın 80 illik yubileyi qeyd olunub.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi Azərbaycan və İtaliya arasında dostluğun yüksək insani dəyərlər üzərində qurulmasını təcəssüm etdirən xanım Marqarita Kostanı səmimi qəlbdən təbrik edir.