“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 may 2024

Mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi olduqca vacibdir – Ciorcio Mule

Mədəni irsin qorunması qanunvericilik orqanlarının üzərinə düşən ən mühüm vəzifələrdən biridir.

Bunu İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

C.Mule bildirib ki, İtaliya qanunlarına əsasən, mədəni irsin qorunması üçün dövlət qurumları inzibati addımlar atırlar.

“Mədəni irsin qorunmasında cəmiyyətin rolunu da qeyd etmək lazımdır. İtaliyada mədəni irsin qorunmasına dair qanunvericilik aktları mövcuddur. İtaliyada mədəni irsin qorunmasına xüsusi diqqət yetirlir. Sadəcə parlamentlər mədəni irsin qorunmasında yeganə tərəf deyillər. Qanunvericiliyin icrasına nəzarət edən qurumlar da məsuliyyət daşıyır və qanunun icrasına nəzarət vacib amildir. Biz çalışmalıyıq ki, mədəni irsi daha yaxşı qoruyaq, riskləri azaldaq və mədəni irsin iqtisadiyyata töhfə verməsini təmin edək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti